Gündəlik

“Ləzgiyə” türk dilində

2017-05-18


     Bu ilin aprelin 8-də Bursa şəhərinin Merinos Atatürk Mədəniyyət Mərkəzində Bursa böyükşəhər bələdiyyəsinin və Bursa Dağıstan Kültür və Dayanışma Dərnəyinin təşkilatçılığı ilə kitabın təqdimatı keçirilmişdir. Bursa Dağıstan Kültür və Dayanışma Dərnəyinin rəhbərləri Yaşar Sabri Döndər və Ramazan Kor tərəfindən dəvət olunmuş Sədaqət Kərimova kitabın tanıdılması tədbirinə gələn yüzdən çox Dağıstan köklü türkə öz imzası ilə kitab hədiyyə etmişdir.

     Aprelin 10-da kitabın təqdimatı mərasimi Balıkesir şəhərində davam etdirilmişdir. Bursa və Balıkesir şəhərləri “Dağıstan” dərnəklərinin birgə təşkilatçlığı ilə keçən tədbirə gələn 60-ya yaxın insan müəllifdən kitab hədiyyəsi almışdır.

    “Ləzgiyə” pyesinin baş qəhrəmanı Ləzgiyə obrazının köməyi ilə Azərbaycan və Türkiyə xalqları arasındakı mənəvi bağların yaxınlığını göstərməyə çalışdığını qeyd edən S.Kərimova bu kitabının türk oxucuları tərəfindən seviləcəyinə ümid etdiyini bildirmişdir.

    Hər iki tədbir ictimaiyyətdə böyük maraq oyatmış, səmimi söhbətlər, maraqlı müzakirələrlə yadda qalmışdır.


Sayt A2Studio tərəfindən yaradılıb