Дневник

Azərbaycan Respublikası Təhsil Nazirliyində görüş

2019-02-28


   “Samur” qəzetinin 28 noyabr və 19 dekabr 2018-ci il tarixli saylarında dərc olunmuş “Bir xalqın iki əlifbası?”, “Metodikadan kənar kitab” və “Ləzgi əlifbası tarixindən” məqalələri geniş əks-səda doğurmuşdur.

   “Samur” Ləzgi Milli Mərkəzi həmin məqalələr Azərbaycan Respublikasının təhsil naziri cənab Ceyhun Bayramovdan bu məsələyə münasibətini bildirməsini xahiş etmişdir. Bir neçə gündən sonra təhsil nazirliyinin tədris resursları şöbəsinin müdiri Elvin Rüstəmovun imzası ilə gələn cavab qənaətbəxş olmadığına görə 2019-ci ilin yanvarın 10-da təhsil nazirinin müavini Məhəbbət Vəliyeva təhsil nazirliyinin aparat rəhbəri Muxtar Məmmədov, tədris resursları şöbəsinin müdiri Elvin Rüstəmov və daxili nəzarət şöbəsi müdirinin müavini Elvin İsmayılovla birlikdə “Samur” Ləzgi Milli Mərkəzi idarə heyətinin sədri İmran Rzayevi, “Samur” qəzetinin baş redaktoru Sədaqət Kərimovanı və qəzetin redaktor müavini Müzəffər Məlikməmmədovu qəbul etmişdir.

     Azərbaycan Respublikası Təhsil  Nazirliyində keçirilən görüş bir saat yarım davam etmişdir. Görüşdən geniş yazı qəzerin 28 fevral 2019-cu il tarıxli sayında dərc olunmuşdur.


Сайт сделан в A2Studio