Bloq

Başın sağ olsun, Vətən!


     Bu gün dünya qana susayanlarla dolub. Qəddarlığın, zülmün sərhədlərı genişlənib. Haqq və ədalət tərəzi pozulub. Günahsız körpələrə, yenicə həyatın ləzzətini dadan gənclərə qıyılır. Bu nədir? Bəşər övladı xislətini dəyişib? Hara baxsan, zalım at çapır. Görəsən özgə həyatına qıyanların valideynləri, övladları varmı? Axı dünyanın bütün varı-dövləti bir ananın öz övladı üçün axıtdığı göz yaşlarına dəyməz.
     Ermənistan silahlı birləşmələrinin azğınlığı həddini aşıb. Onlar Azərbaycan Ordusunun nəzarətində olan ərazilərə soxulmağa cəhd göstəriblər. Atışmalarda neçə hərbçimiz şəhid olub. Şəhidlərimizə tanrıdan rəhmət diləyirik.
Başın sağ olsun, Vətən!

 

· 2 августа 2014 г.


Sayt A2Studio tərəfindən yaradılıb