Bloq
Səfillər
Onlara pul verib söhbətə çəkdim. Amma sözləri sanki kəlbətinlə çəkirdim. Hansısa evin zirzəmisində yaşayırlarmış. Valideynləri haqqında heç nə danışmaq istəmədilər. Özlərini "blatnoy" kimi qələmə vermələrinə baxmayaraq, bu balaca varlıqların faciəsini duymamaq mümkün deyildi.
Onları sorğu-suala tutduğumu görüb tez aradan çıxdılar. Mənimsə yadıma Viktor Hüqonun “Səfillər”i düşdü. Heç bir əsər məni onun qədər sarsıda bilməyib. Jan Valjanın acı taleyi yaddaşımda əbədi həkk olunub. Fantinanın, Kozettanın, Qavroşun faciələrini bütün qəlbimlə yaşamışam. Dünən Bakıda gördüyüm balaca səfillər isə o kitabın acılarını mənə unutdurdu. Kitabla müqayisədə həyatda gördüklərim daha böyük faciə imiş.