Poeziya

İgidlər

Dağların başında ərənlər yaşar,

Hay salıb hayqırar, sel olub daşar.

Qəlbləri bu yurda sevgidən coşar,

Bu eşqlə dolarlar yaşa igidlər.

 

Döyüşə gedəndə gülər igidlər,

Odlardan sıyrılıb gələr igidlər.

Vətənin qədrini bilər igidlər,

Qartaltək zirvədə ölər igidlər.

 

Bu eldə gözəllər sevərlər mərdi,

Hər ocaq başında hər oğul ərdi.

Vətənçün can vermək burda hünərdi,

Hər biri nər oğlu nərdi igidlər.

 

Dar gündə elinin dadına çatar,

Düşmənin bağrına ox olub batar.

Vətənə borcunu ruhuna qatar,

Qeyrəti çox uca tutar igidlər.


Sayt A2Studio tərəfindən yaradılıb