Poeziya

Bir hava çal

 

Bir hava çal, bir hava çal, qardaşım,

Bu havanın ruhunu al, qardaşım.

Qanadlansın "Ləzginka"nın avazı,

Unutdursun dərdi, qəmi, ayazı.

Qol götürüb qoca, cavan oynasın,

Cuşa gəlib damarda qan oynasın.

 

Çal qardaşım, bir şıdırğı hava çal,

Yallı getsin dərə, təpə, qaya, yal.

Çapım, çapım onun kəhər atında,

Yer titrəsin ayağımın altında.

Zurna, qaval dilə gəlsin zil ilə,

Sevincimi bölüşdürüm el ilə.


Sayt A2Studio tərəfindən yaradılıb