Poeziya

Vaxtsız qonaq

Az istədim, çoxum  getdi,

Nişan aldım, oxum getdi.

Gecələrdə yuxum getdi,

Bu sınaq nə sınaq imiş?

 

Yaz istədim, düşdüm qışa,

Ümidlərim dəydi daşa.

Qazandığım başdan - başa

Tənə imiş, qınaq imiş.

 

Bir ley idim, qıya düşdüm,

Heyif, səsə, küyə düşdüm.

Keçəmmədim, çaya düşdüm,

Demə körpü sınıq imiş.

 

Dost bildiyim yağı çıxdı,

Mahnı dedim, ağı çıxdı,

Bu dağ ürək dağı çıxdı,

Dərddən qalaq - qalaq imiş.

 

Yoxdur artıq ər sandığım,

Varım - böyük dərd sandığı.

Bu dünyada mərd sandığım

Demə vaxtsız qonaq imiş...

 

 


Sayt A2Studio tərəfindən yaradılıb