Poeziya
Qalaydım kaş
Uzaqlarda, əl çatmayan, ün yetməyən dağ döşündə, Ay yer ilə görüşəndə, Çiçəklərin gözlərinə şeh düşəndə, Yarpaqların izlərinə meh düşəndə, Başı haça qaya altda, Yalqız, tənha bir məkanda Üşüm-üşüm üşüyən bir qovaq gördüm. O qovağın kölgəsində Sızım-sızım sızlayan bir bulaq gördüm.
O qovağı yelləndirir Qərib yellər əsim-əsim. O bulağı dilləndirir Tənha qovaq həzin-həzin. O bulağın sularını içmək üçün Təşnə qovaq oda-közə vurur özün. O qovağın qədəminə Düşüb bulaq - dizin-dizin. O bulağın dodağına Toxunanda zərif tellər, Qısqanclıqdan ağlar otlar, ağlar güllər.
Yel ağzında zərif qovaq əsir, əsir... O bulağın qərarını kəsir, kəsir... Ətraf sirli bir yuxuda, Ətraf dadlı bir qoxuda. Bulaq - qovaq, Qovaq - bulaq. İstəyə bax, sevgiyə bax! Necə həsəd çəkməyəsən? Bu sevginin hüzurunda De, necə diz çökməyəsən? O qovağın kölgəsindən O bulağın sinəsinə Gözlərimdən süzülür yaş. Qovaq olub bu bulaqda qalaydım kaş! |