Poeziya
YuxuBir qəmli yuxu gördüm: Guya tənha qayığam. Birdən qayıq çevrildi, Döndüm kiçik balığa.
Mənim bu dönüşümdən Kimsə xəbər tutmadı. Məni ovlamaq üçün Bir kimsə tor atmadı.
Dənizdən seyr elədim Sahildəki evimi. Mən əsiri olmuşdum Dəniz adlı sevgimin.
Mənim balıq həyatım Başlandı bax beləcə. Mənim balıq taleyim Oldu acı gülməcə!
Yuxudan oyananda Bildim gecə yarıdır. Ürəyimlə danışdım, Gördüm tamam yaradır!
Boylandım keçmişimə İllərin arxasından. Titrək xatirələrin Yapışıb yaxasından Silkələdim o ki var, Dedim, danış, nə olar.
Könlümdə gizlətdiyim Arzular gəldi dilə. Bir səsə, bir nəfəsə Bürünmüşdüm mən elə…
Qaldı tənha qayığım Görən hansı bərədə? Onu soraqlayıram İndi xatirələrdə.
|