Poeziya
Ürək
Nadan mənə ağıl verir, dərs öyrədir, Naşı mənə yol göstərir, qəribədir. Deyir dünya binəsindən vəfasızdır, Deyir, həyat axar sudur, gəlib-gedir.
Cən min cildə girib çıxan yaltağa bax! Qürrələnib söhbət açır vüqarından. Bir qəpiyi qardaşından əsirgəyən, Ona sözdə saray tikir öz varından.
Qorxaq mənə igidlikdən min dəm vurur, Namərd gəlib "mərdlik" deyə dil-dil ötür. Bir-birindən seçilməyən boz günlərim Nədən deyir: sevinci qoy, qəmi götür.
Nə zamandır köksümdə ağrılar gəzir, Bu ağrılar könlümü nə yaman əzir! ürək, yumruğumdan kiçik ürək, Dağdan böyük ağrılara dözür, dözür... |