Poeziya

Bütlər

 

Bütlər axtarırıq ömrümüz boyu,

Pərəstiş etməyə, səcdə qılmağa.

Bütlər axtarırıq bütöv, qüsursuz,

Onlara tapınıb heyran olmağa.

 

Bütlər yaradırıq ömrümüz boyu,

Bəzən əlimizlə qurur, yapırıq.

Tapa bilməyəndə yan-yörəmizdə,

Yalnız xəyallarda ona çatırıq.

 

Bütlər itiririk ömrümüz boyu,

Bundan böyük itki varmı görəsən?

İnamın, ümidin gedibsə əldən,

Demək yaşamısan hədər yerə sən.


Sayt A2Studio tərəfindən yaradılıb