Poeziya

Gileyli

 

Kimə buğda verib, kimə darını,

Nədən belə bərk tutubsan barını?

Kimlər əkir, kimlər yeyir varını,

Dolanıram, dövran, səndən gileyli.

 

Bir kədərə min bir sevinc qatıram,

Qayğıların gur selinə batıram.

Hələ ki, söz köhlənimi çapıram,

Yaşayıram cahan, səndən gileyli.

 

Hər ərsəyə çatan oğul ərdimi?

Axtarıram igidimi, mərdimi.

Hər yetənə necə deyim dərdimi?

Qaldım öz-özümdən hər an gileyli.

 


Sayt A2Studio tərəfindən yaradılıb