Poeziya
Qar çiçəyi
Yaz meşəsi bir nağıl, Təbiətin sehiri. Könül açan lövhədir İlk baharın səhəri.
Bir gecənin içində Dünənki qar əriyib. Yazın zərif nəfəsi Düz-dünyanı bürüyüb.
Qarı yarıb içindən Boylanır qar çiçəyi. Gör neçə arzuludur, Ürəyi var çiçəyin.
Əsir zaman yelləri, Keçir ömrün illəri. İçimizdə beləcə Açır könül gülləri.
|