Poeziya

Dünya

 

Kimi kefindən azar,

Kimininki ahuzar,

Kim udar, kim uduzar,

Sanki bir yarış, dünya.

 

Baş əydirmə qədərə,

Vermə ömrü hədərə,

Mənim də bircə kərə

Halımı soruş, dünya.

 

Atdığın kəmənd yetər,

İşlətdiyin fənd yetər,

Yanıltdığın zənd yetər,

Mənimlə barış, dünya.


Sayt A2Studio tərəfindən yaradılıb