• 02.03.2015

Ürəyimiz də belədir

Alaq otlarına fikir vermisinizmi? Onları vaxtında təmizləməyəndə becərdiyimiz bağ dönüb cəngəlliyə çevrilə bilər.

Bağın bağ olması üçün gərək vaxtaşırı olaraq onu alaqlardan təmizləyəsən. 
Ürəyimiz də belədir. Orada çiçək bitirən, bar yetirən hisslərlə yanaşı, alaq cücərdən hisslər də doğulur: etinasızlıq, biganəlik, laqeydlik kimi. İmkan versən, onlar qol-budaq atıb paxıllığa, sonra isə ədavətə çevrilə bilər. Ona görə də bağ-bağatımız kimi qəlbimizə də əl gəzdirməli, orada baş qaldırmaq istəyən alaqları dartıb çıxarmalıyıq: qəlb bağımızın çiçək açımını, bar tutumunu qorumaq üçün.