Loading

Bu sayt yazıçı, jurnalist, ssenarist-rejissor və bəstəkar Sədaqət Kərimovanın yaradıcılığına həsr olunub.

HAL

HAL (2024)

Film cəmiyyətin bəzi təbəqələrində hələ də hökm sürən köhnə adət-ənənələrin, patriarxal düşüncənin qurbanına çevrilən gənclərin həyatda üzləşdiyi çətinliklərdən söhbət açır.

Filmə bax
İtən gündəlik

İtən gündəlik (2024)

Sədaqət Kərimovanın “İtən gündəlik” filmində ötən əsrin 60-cı illərinin uşaqlarının orta məktəb həyatından bəhs olunur. Burada V və X sinif şagirdlərinin ilk baxışda şən sərgüzəştləri fonunda həmin dövrün ab-havası, mənəvi dünyası əks etditrilir.

Filmə bax
Səssiz haray

Səssiz haray (2023)

Film bir-birinin qonşuluğunda olan qocalar evində və uşaq evində eyni vaxtda baş verən hadisələrdən, könlü sınıq insanların - övladları tərəfindən atılmış valideynlərin və ata-analarının tərk etdiyi uşaqların faciəsindən bəhs edir.

Filmə bax
Soyuq günəş

Soyuq günəş (2021)

İnanılmaz sevgi hekayəsi.

Filmə bax