Sədaqət Kərimovanın “İtən gündəlik” filmində ötən əsrin 60-cı illərinin uşaqlarının orta məktəb həyatından bəhs olunur. Burada V və X sinif şagirdlərinin ilk baxışda şən sərgüzəştləri fonunda həmin dövrün ab-havası, mənəvi dünyası əks etditrilir. Azqar adlı qızın gündəliyinin itməsi kimi ilk baxışda kiçik görünən bir hadisənin arxasındakı dərin dramatizm məktəb - şagird - müəllim – valideyn probleminin hər zaman mövcud olduğuna dqqəti yönəldir, tamaşıçıları dərindən düşündürür. Film Qusar rayonunda çəkilib. Aktyorlar həvəskarlar arasından seçilib.